Mbappeyə “10 nömrə” təklif olundu

27.05.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Real”ın futbolçusu Kilian Mbappe yeni mövsümdə 10 nömrəli formada çıxış edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Foot Mercato” nəşri məlumat yayıb. Luka Modriçin klubdan ayrılmasından sonra rəhbərlik “10 nömrə”ni Mbappeyə təklif edib.

Hazırda 9 nömrəli formanı geyinən fransalı hücumçu hələ qərarını verməyib.

Mbappe “Real”da 2024/25 mövsümünün oyunçusu seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью