“Mbappeyə dedim ki, “zamen” istə, sən də rahat ol, biz də...” Video

11.10.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yığmamızın futbolçusu Elvin Bədəlov ötən gün DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə oyunda Mbappe ilə dialoqundan danışıb. 

Bu barədə o “Qafqazinfo”ya açıqlama verib. 

Futbolçu ondan zədəsini soruşduğunu bildirib: “Əslində zədə ilə bağlı ondan əvvəl də söhbətləşirdik. Elə oldu ki, ayağı ağrıdı. Ona dedim ki, ağrıyırsansa, əvəzedici istə, sən də rahat ol, biz də. Cavab verdi ki, “ağrım var, bir azdan əvəzedici istəyəcəyəm”. Başqa söhbət olmayıb”.

Xatırladaq ki, futbolçuların dialoquna dair görüntülər ötən gündən bəri müzakirə mövzusuna çevrilib.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью