Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
İspaniya Hakimlər Komitəsi La Liqanın 11-ci turunda “Rasinq”lə oyunda “Real”ın xeyrinə təyin olunan penaltinin səhv qərar olduğunu açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə komitənin bəyanatında bildirilib:
“Bu, hakimin aşkar və kobud səhvi idi. VAR müdaxilə etməliydi”.
Hakimlər komitəsinin qənaətinə görə, “Rasinq”in futbolçusu Mateo Prati Kilian Mbappenin qarşısında əlini irəli uzatsa da, hücumçuya qarşı fiziki təmas və güc tətbiq etməyib. Buna görə də penalti təyin etmək üçün əsas olmayıb.
Qeyd edək ki, noyabrın 1-də keçirilən görüşdə Madrid klubu 3:0 hesablı qələbə qazanıb.