Mbappeyə qarşı gizli plan var? Fransalı jurnalistdən sensasion iddia

04.11.2026

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransalı jurnalist Daniel Riolo “Real Madrid”in hücumçusu Kilian Mbappeni müdafiə edərək futbolçunun son vaxtlar ciddi təzyiqlərlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, Mbappe həm Çinlə bağlı yaranan qalmaqala, həm də şəxsi həyatı ətrafında gedən müzakirələrə baxmayaraq, psixoloji dözümlülük nümayiş etdirib.

"AzPolitika" xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.

Riolo Fransanın Mbappenin “Qızıl top” mükafatını qazana bilməməsindən sonra da ciddi tənqidlərə məruz qaldığını xatırladıb.

Onun sözlərinə görə, futbolçu Çin lideri Mao Tszedunla bağlı zarafat xarakterli foto paylaşımından sonra da təzyiqlərlə üzləşib. Həmin paylaşım Çində geniş müzakirələrə səbəb olub, hətta ölkədə “Real Madrid”in oyunlarının yayımlanması ilə bağlı narazılıqlar yaranıb.

Riolo bütün bunlara baxmayaraq, Mbappenin meydanda uğurlu çıxışını davam etdirməsini onun güclü xarakterinin göstəricisi kimi qiymətləndirib.

Jurnalist hesab edir ki, Mbappenin üzləşdiyi hadisələr adi idman tənqidindən daha geniş xarakter daşıyır. O, futbolçunun İsveçdə adı hallanan zorlama işi üzrə araşdırmanı da xatırladıb. Riolonun bildirdiyinə görə, iki ay davam edən istintaqın sonunda prokurorluq cinayət əlamətlərinin müəyyən edilmədiyini açıqlayıb.

“Mbappeni hədəfə alan hansısa planın olmadığını düşünənlər hələ də varmı? Üç ay sonra ortaya çıxan video, İsveçdə baş verənlər və digər hadisələr... Həddindən artıq çox təsadüf var”, – deyə Riolo bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью