Mbina “Sabah”la yeni müqavilə bağladı

16.06.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

"Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələnib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

25 yaşlı futbolçunun icarəsi ilə bağlı Sloveniyanın "Maribor" klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib. Qabonlu futbolçu ilə yeni, 3 illik müqavilə imzalanıb.


Qeyd edək ki, Mbina bu ilin fevral ayından “Sabah”ın uğurları üçün çalışır. O, "Sabah"ın heyətində 11 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью