“McDonald s” ən böyük bazarında satış həcminin azaldığını açıqlayıb

10.02.2025

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“McDonald's” ötən ilin son rübündə ABŞ-da restoran satışlarında gözləniləndən daha böyük azalma olduğunu açıqlayıb.

Banco.az xəbər verir ki, “McDonald's” ötən ilin son rübündə “E.coli” epidemiyası səbəbindən tələbatın azalması və müştərilərin xərclərinə diqqət yetirməsi nəticəsində ABŞ-dakı restoran satışlarında gözləniləndən daha böyük bir azalma yaşadığını açıqlayıb.

“McDonald's”ın ən böyük bazarı olan ABŞ-da satışlar 1,4% azalıb və bu, restoranların fəaliyyətini avtomobil xidməti və çatdırılma ilə məhdudlaşdırdığı təxminən beş il əvvəlki KOVID-19 pandemiyasından bəri ən böyük eniş olub. Analitiklər isə satışların 0,4% azalacağını proqnozlaşdırırdılar.

“Yum Brands” və “Wendy's” kimi rəqibləri ilə birlikdə “McDonald's” da evdə yeməyə üstünlük verən müştərilər arasında xərcləri stimullaşdırmaq üçün 2024-cü ildə məhdud müddətli təkliflərini və yemək fürsətlərini artırıb. Analitiklər bildirirlər ki, şirkətin endirimlərə olan asılılığı qarşıdakı rüblərdə marjalara mənfi təsir göstərə bilər.

“McDonald's” iyun ayında başladığı 5 dollarlıq yemək kampaniyasını dekabr ayına qədər uzadıb və oktyabr ayında Chicken Big Mac və digər xüsusi məhsullarının təqdimatını həyata keçirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью