Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Qüdsün Beyt Hakerem məhəlləsində bir qrup yeniyetmə McDonald's restoranında hücum törədib. Onlar müştərilərə stul atıb, restoranın giriş qapılarını zədələyiblər.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, hadisə noyabrın 18-də baş verib. Aqressiv yeniyetmələrin təhqirlər səsləndirdiyi, bir müştərinin mobil telefonunu sındırdığı bildirilir.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, müştərilər hücumdan qorunmaq üçün mətbəxdə gizlənməyə məcbur olublar.
Polis hadisə yerinə çağırışdan təxminən 20 dəqiqə sonra çatdığını və 12 yaşdan yuxarı olan yeniyetmələri dindirmək üçün saxladığını bildirib.