Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır. “ABŞ-də istehlakçıların burgerlərdə bağırsaq çöpləri aşkar edildikdən sonra “McDonald`
Burada söhbət “McDonald`s”dan yox, bağırsaq çöpündən gedir. Bu isə “McDonald`s”da aşkarlanıb.
Deməli, orada kimsə eşerixia koli (bağırsaq infeksiyası) xəstəsi olub, əlləri təmiz olmayıb. Eşerixia koli nəcislə ifraz edilir.
Bunu yoluxduran şəxs isə böyük ehtimalla, inqridientləri hazırlayan adam olub, ayaqyoludan əllərini yumadan çıxıb.
Bu, təkcə “McDonald`s”da deyil, bütün restoranlarda baş verə bilər.
Amerikanın bir ştatındakı “McDonald`s”da baş verən hadisə o demək deyil ki, bütün dünyadakı “McDonald`s”lara aiddir.
Əlbəttə, “McDonald`s”ın əleyhinəyəm, amma bu, başqa mövzudur”.
Hurriyyet.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış qastroenteroloq-hepatoloq Mətanət Cəfərova deyib.