Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kuryer içkilərin keyfiyyətsiz qablaşdırılmasının sağlamlıq baxımından təhlükəli olduğunu bildirib.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə kuryer Taleh Məhərrəmovun paylaşdığı video diqqət çəkib. O, “McDonald’s” sifarişlərini müştərilərə çatdırarkən içkilərin qablaşdırılması ilə bağlı problem yaşadığını bildirib.
Kuryerin sözlərinə görə, içkilərin qapaqları kifayət qədər möhkəm bağlanmadığı üçün mopedlə daşınma zamanı asanlıqla dağılır və sifarişdəki digər məhsulları da yararsız hala salır.
O bildirib ki, paylaşdığı görüntüdəki hadisə zamanı içki dağıldığı üçün məcbur qalaraq müştəriyə yenisini öz cibindən alıb. Kuryer qeyd edib ki, bu, onun üçün ilk belə hal deyil və əvvəlki hadisələrdə də maddi zərərlə üzləşib.
Taleh Məhərrəmov içkinin skocla bağlanmasının insan sağlamlığı baxımından da problem yarada biləcəyini vurğulayıb. Skoc sintetik kauçukdam hazırlanır və bu maddə sağlamlığa ciddi zərər vurur.
Kuryer “McDonald’s” və “Wolt”u bu məsələyə daha ciddi yanaşmağa, çatdırılma zamanı içkilərin təhlükəsiz şəkildə daşınmasını təmin edən qablaşdırmadan istifadə etməyə çağırıb./ajans.az