“McKinsey” BANMdə fərdi konsultasiya keçirib AZƏRTAC

28.12.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 28 dekabr, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) "McKinsey" şirkətinin mütəxəssisləri tərəfindən III-V kurs və MBA proqramı tələbələri üçün fərdi konsultasiya keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, "Mentorluq proqramı" çərçivəsində baş tutan sessiyalar tələbələrə karyera inkişafı, peşəkar bacarıqların artırılması və iş dünyasında uğur qazanmaq üçün strateji biliklər əldə etmək imkanı verib.

Mentorlar tələbələrə peşəkar yol göstərərək onlara müxtəlif sahələrdə uğur qazanmaq üçün vacib məlumatlar və strateji yanaşmalar təqdim ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью