“McKinsey”in Fransa ofisində axtarış aparıldı Makronun seçki kampaniyasına görə

18.11.2025

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Fransa polisi Fransa Prezidenti Emmanuel Makronun 2017-ci il seçki kampaniyasının mümkün qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı araşdırma çərçivəsində Amerikanın “McKinsey” konsaltinq şirkətinin ofisində axtarış aparıb.  
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Le Figaro” nəşri hakim Serj Turnerə istinadla məlumat yayıb.
Qeyd edək ki, 2022-ci ilin noyabrında “Le Parisien” qəzeti Fransa Prezidenti Emmanuel Makronun 2017-ci il seçki kampaniyasının mümkün qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı araşdırma başladığını bildirib. Bu, Senatın (parlamentin yuxarı palatası) hesabatından sonra baş verib. Senat hesabatda “McKinsey”in Fransa ofisinin son 10 ildə vergi ödəmədiyini, hökumətin məsləhət xidmətlərinə xərclərinin 2018-2021-ci illər arasında orta hesabla ikiqat artdığını, bu müddətdə ildə 1 milyard avroya çatdığını qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью