McLaren 29 illik fasilədən sonra Le Man a qayıdır

12.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

"McLaren" şirkəti "Le Man" 24 saatlıq yarışlarına qayıdacağını elan edib.

Oxu.Az motorsport.com-a istinadən xəbər verir ki, 2027-ci ildən etibarən şirkət yarışlarda yeni "LMDh" kateqoriyasında olan hiperkar prototipi ilə çıxış edəcək.

Bildirilir ki, bu avtomobil üçün "Artura" superkarının mühərrik əsasında V6 qurğu hazırlanacaq.

Xatırladaq ki, "McLaren" sonuncu dəfə 1995-ci ildə 24 saatlıq marafonda iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью