“McLaren” 5 milyard dollar ilə Formula 1 in ən dəyərli komandası olub | Icma.az
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 3 sentyabr, AZƏRTAC Formula 1-də yüksək nəticələr göstərən “McLaren” komandasının bazar dəyəri 5 milyard dolları keçib.AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə təmsilçisi bu göstərici ilə Formula 1-in ən dəyərli komandası olub.Komandanın dəyəri səhmlərin satışı əsasında aparılan qiymətləndirmə ilə müəyyənləşdirilib.
Qeyd edək ki, 2022-ci ildə bir investisiya şirkəti “McLaren”in 30 faizini alarkən, komandanın ümumi dəyəri cəmi 740 milyon dollar olub.
Beləliklə, şirkət 3 il ərzində təxminən 7 qat qazanc əldə edərək payını satıb.Xatırladaq ki, “McLaren” ötən mövsüm 1998-ci ildən sonra ilk dəfə komanda şəklində dünya çempionu olub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu