MDB Baş katibi: Ermənistan təşkilatdan çıxmaq niyyəti barədə rəsmi məlumat verməyib

10.11.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmaq planları barədə təşkilatı məlumatlandırmayıb.

Bunu MDB-nin Baş katibi Sergey Lebedev Moskvada keçirilən Kollektiv Təhlükəsizliyin Təmin Edilməsi üzrə Beynəlxalq Forumun kuluarlarında TASS-a müsahibəsində bildirib.

“Baş nazir şəxsən mənə, eləcə də bir çox başqa şəxslərə MDB-də qalacaqlarını deyib. Ermənistanın birlikdən çıxmaq niyyətində olduğuna dair heç bir bəyanat eşitməmişik”, – Lebedev qeyd edib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl ölkəsinin MDB çərçivəsində iştirakını davam etdirdiyini, lakin təşkilatın bəzi fəaliyyətlərində iştirak etmədiyini bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью