MDB Hökumət Başçıları yenə toplaşacaq

12.12.2024

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

MDB Hökumət Başçıları Şurasının növbəti iclası 2025-ci il mayın 30-na təyin edilib.

Bunu Birliyin baş katibi Sergey Lebedev hökumət başçılarının Moskvada keçirilən iclasında deyib.

"MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2025-ci il mayın 30-da Düşənbə şəhərində keçirilməsi təklif olunur. Tacikistan Respublikası rəhbərliyinin razılığı var", - o bildirib.

Xatırladaq ki, MDB Hökumət Başçıları Şurasının iclasları ildə iki dəfə keçirilir. Növbədənkənar iclaslar dövlətlərdən birinin hökumətinin təşəbbüsü ilə çağırıla bilər.

Beləliklə, 2025-ci ildə MDB-yə sədrlik Tacikistana keçəcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью