MDB Hökumət Başçılarının toplaşacağı yer və vaxt bilindi

28.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Dekabrın 12-də MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclası keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının MDB-nin nizamnamə və digər orqanlarındakı daimi nümayəndəsi Andrey Qrozov məlumat verib.

"MDB ölkələrinin hökumət başçılarının şurası dekabrın 12-də Moskvada keçiriləcək", - o, jurnalistlərə bildirib.

MDB Hökumət Başçıları Şurası MDB-nin ali orqanıdır və ona iştirakçı dövlətlərin bütün birinci şəxsləri daxildir.

Qeyd edək ki, şuranın iclası hər il keçirilir.

Adəm Abbaslı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью