MDB iclasına qatılmamağımız... Prezidentin köməkçisindən AÇIQLAMA

20.07.2025

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

"Azərbaycan nümayəndə heyətinin Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının iclasında iştirak etməməsi Rusiya ilə baş verən hadisələrlə əlaqələndirilmir".

Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlamasında deyib.

“Tədbir MDB ölkələrinin iştirakı ilə keçirilib. Azərbaycan tərəfi Aktau hadisəsi və digər məsələləri bununla bağlamır”,- o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью