Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstanın paytaxtı Astanada ilk MDB könüllüləri forumu keçirilir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, forumun açılış mərasimində Baş nazirin müavini, mədəniyyət və informasiya naziri Aida Balayeva da iştirak edib. O, könüllülələrə birgə təşəbbüslər hazırlamağı tövsiyə edib.
"Forumun nəticələrinə əsasən, üç prioritet sahədə - ekologiya, gənclər arasında könüllülük, sosial və inklüziv dəstək üzrə birgə təşəbbüslərin siyahısını hazırlamağı təklif edirəm. Həmçinin, bu təşəbbüslərin konkret həyata keçirilməsi üçün yollar və tərəfdaşlar müəyyən etməliyik", - deyə Balayeva bildirib.
Baş nazirin müavini hesab edir ki, oktyabr ayında keçiriləcək Aral dənizi regionunun bərpası üzrə Beynəlxalq Könüllülər Həftəsinin də bu cür layihələr sırasına daxil edilməsi zəruridir. MDB ölkələrindən olan könüllülər də orada iştirak edə bilərlər.
Arzu