MDB liderləri dekabrın sonunda görüşəcəklər Putin anons etdi | Icma.az
Icma.az, Modern.az saytına istinadən bildirir. Rusiya prezidenti Vladimir Putin bildirib ki, MDB ölkələrinin liderləri ənənəvi olaraq dekabr
“Əlbəttə, mən Belarus, Qırğızıstan, Ermənistan və Azərbaycanın səfirlərini burada görməyə şadam.
Bu dövlətlər Rusiyanın ən yaxın qonşuları, ən yaxşı dostları, təbii strateji tərəfdaşları və müttəfiqləridir.
Biz onların liderləri ilə bu yaxınlarda, oktyabrda Moskvada MDB sammiti zamanı görüşdük.
Ənənəvi olaraq, biz ilin yekunlarını və gələcək üçün planları müəyyən etmək üçün dekabrın sonunda toplaşacağıq və 2025-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünü birgə qeyd edəcəyik”, - Rusiya lideri Kremldə xarici ölkələrin səfirlərinin etimadnaməsini təqdimetmə mərasimində deyib.
2023-cü ildə MDB ölkələrinin liderləri dekabrın 25-də Sankt-Peterburqda görüşüblər.
Bu gün noyabrın 5-də Böyük Kreml Sarayının Aleksandr zalında xarici ölkələrin yeni səfirlərinin Rusiya Federasiyasının Prezidentinə etimadnamələrinin təqdim edilməsi mərasimi olub.
Burada 28 ölkədən nümayəndələr iştirak edib. Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyiri
Tam oxu
Xəbəri oxu