MDB nin Baş katibi Sergey Lebedev TV1 ə müsahibə verib

29.11.2026

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

MDB-nin Baş katibi Sergey Lebedev TV1-ə müsahibə verib.

KONKRET.az xəbər verir ki, Kanalın baş direktoru, Əməkdar jurnalist, Faiq Hüsiyevin bu addımı Azərbaycan mediası üçün mühüm hadisədir. Beynəlxalq təşkilatın yüksək vəzifəli rəhbərinin Azərbaycan mediasına danışması, ölkəmizin MDB-də qarşıdakı siyasi mövqeyi və 2027-ci ildə həmsədr, 2028-ci ildə isə ilk dəfə sədr olacağı ilə bağlı mühüm məqamları bölüşməsi xüsusi əhəmiyyət daşıyır.

Bu, Azərbaycan mediasının regional və beynəlxalq gündəmdə iştirakının, ölkəmizlə bağlı mühüm siyasi proseslərə dair informasiyanı birbaşa mənbədən əldə etmək imkanının göstəricisidir. Müasir jurnalistika xəbəri çatdırmaqla bərabər, həm də mühüm qərarların arxasında dayanan şəxslərlə danışmaq, cəmiyyətə birbaşa mənbədən informasiya təqdim etməyi bacarmalıdır. TV1-in bu istiqamətdə atdığı addım məhz həmin missiyaya xidmət edir. Beynəlxalq gündəmdə Azərbaycan mediasının sözünün və iştirakının olması vacibdir.

Müsahibəyə bu linkdən daxil ola biləriniz:

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью