MDB nin qeyri rəsmi sammiti öz işinə BAŞLADI

22.12.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin qeyri-rəsmi sammiti başlayıb.

Redaktor.az nterfax-a istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin qonaqları İmperator I Aleksandrın xatirəsinə və 1812-ci il Vətən Müharibəsinə həsr olunmuş Qış Sarayının Aleksandr zalında  salamlayıb.

Qeyri-rəsmi zirvənin tur hissəsi buradan başlayıb. Ermitajın baş direktoru Mixail Piotrovski ekskursiya bələdçisi kimi fəaliyyət göstərib.

Turdan sonra MDB dövlət başçıları söhbətlərini qeyri-rəsmi səhər yeməyində davam etdirəcək və konsertdə iştirak edəcəklər.

Putinin bəzi qonaqlarla ayrıca söhbətləri də ola bilər. Bir gün əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya lideri Sankt-Peterburqda dəvət olunmuş bütün MDB liderləri ilə mütləq ayrıca görüşəcək. Bazar ertəsi o, sammitdən sonra Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüşün planlaşdırıldığını açıqlayıb.

Azərbycan Prezidenti İlham Əliyev qeyri-rəsmi sammitdə iştirak etmir. 

MDB dövlət başçılarının Sankt-Peterburq və onun ətrafında qeyri-rəsmi görüşü artıq ənənə halını alıb. Putin artıq bir neçə ildir ki, MDB ölkələrindən olan həmkarlarını Yeni il ərəfəsində şimal paytaxtına toplayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью