MDB ölkələrinin liderləri bu tarixdə görüşəcək

23.12.2024

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 25-də Leninqrad vilayətində MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

O bildirib ki, görüşdə aktual beynəlxalq problemlər, eləcə də Birlik çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparacaqlar:

“Dekabrın 25-də MDB ölkələrinin liderləri arasında qeyri-rəsmi görüş keçiriləcək. Prezidentimiz Rusiyanın 2024-cü ildə MDB-yə sədrliyinin yekunlarını ümumiləşdirəcək. Və bundan sonra liderlər qeyri-rəsmi şəraitdə bir-biri ilə ünsiyyət qura, aktual beynəlxalq problemlər, MDB çərçivəsində əməkdaşlıq məsələləri və digər inteqrasiya birliklərində fikir mübadiləsi apara biləcəklər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью