MDB ölkələrinin liderlərinin qeyrirəsmi görüşü keçiriləcək

27.11.2024

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın sonunda Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərlə söhbətində bildirib. Uşakov qeyd edib ki, "Dekabrın sonunda ənənəvi olaraq son illər ərzində keçirildiyi kimi, Sankt-Peterburqda MDB ölkələri liderlərinin ənənəvi dostluq görüşü baş tutacaq. Bu qeyri-rəsmi olacaq."

O, həmçinin görüş zamanı hər hansı bir sənədin imzalanmasının planlaşdırılmadığını vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью