MDB ölkələrinin ümumi radar identifikasiyası sistemi “Parol” yaradılıb

12.11.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

MDB ölkələrinin ümumi radar identifikasiyası sistemi “Parol” yaradılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya müdafiə naziri Andrey Belausov MDB Müdafiə Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib.

O, bu sistemin həyata keçirilməsində göstərdikləri dəstəyə və köməyə görə iştirakçı ölkələrə təşəkkürünü bildirib.

Rusiya MN başçısı xatırladıb ki, indiyə kimi MDB məkanında hava hücumundan müdafiə, rabitə, radiasiya, kimyəvi və bioloji vəziyyətin monitorinqi və qiymətləndirilməsi, “Parol” ümumi radar identifikasiyası kimi birləşmiş hərbi sistemlər yaradılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью