MDB Oyunları: Azərbaycan badmintonçuları 4 kateqoriyada 1/4 finala yüksəliblər

03.10.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Qəbələ, 3 oktyabr, AZƏRTAC

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında badminton yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçiləri 4 kateqoriyada 1/4 finala yüksəliblər.

Kişilərin fərdi yarışında Əmirxan İmanov tacikistanlı Oqil Qoşimidən üstün olub - 2:0.

Qadınların fərdi mübarizəsində isə Viktoriya Kumanyayeva Tacikistandan olan həmkarı Mohira Karimovaya 2:0 hesabı ilə qalib gəlib.

Qadınların qoşa yarışında da Azərbaycan Tacikistandan üstün olub. Nəzrin Mehrəlizadə və Viktoriya Kumanyayevadan ibarət komanda Sumaiyakhon Hasanova və Mohira Karimova cütünü məğlub edib - 2:0.

Qarışıq qoşa komandaların mübarizəsində Fərəc Kərimli və Aysel Kazımova cütü Qazaxıstandan olan Yerassil Akhmet və Amaliya Ormanovanı 2:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью