Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu ilin sentyabr ayında ölkəmizdə daha bir mötəbər tədbirin keçirilməsi nəzərdə tutulur.
Mia.az xəbər verir ki, “III MDB Oyunları 2025” adlandırılan tədbir Azərbaycanın müxtəlif rayonlarını əhatə edəcək.
Vaxta demək olar ki, çox az qalıb. Belə tədbirlərdə adətən bir neçə ay əvvəldən könüllü və iştirakçı qeydiyyatı başlayır.
Amma indi məlum olur ki, könüllü seçimi ilə bağlı elanlar hələ də qüvvədədi. Əslində, könüllü elanı bu ilin may ayında verilmişdi.
İştirakçı və media qeydiyyatı isə gözlənilən idi. Bu yaxınlarda könüllü qəbulu ilə bağlı yeni elan verildi. Maraqlı gəldi.
Bir az araşdırdıq.Məlum oldu ki, tədbirə dair internet resurslarda problem var.
Tədbirin nə internet saytına, nə könüllülərin qeydiyyatı linkinə, nə də medianın akkreditasiyası ilə bağlı linklərə girmək mümkün deyil.