MDB Oyunlarının biletləri satışa çıxarıldı

31.08.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

III MDB Oyunlarının biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, oyunlar çərçivəsində keçiriləcək bütün yarışlara bilet qiyməti 3 manat təşkil edir.

Biletləri şəhər kassalarından və iTicket.az onlayn platformasından əldə etmək mümkündür.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla 19:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью