MDBdə ən yüksək dağlıq ərazidə tikilən Laçın hava limanı VİDEO

01.12.2024

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Laçın hava limanının tikintisi sürətlə davam etdirilir.

Azpost.info bildirir ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2025-ci ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq.

Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq.

lacin hava limani

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью