Icma.az, Yeniavaz saytına istinadən bildirir. 2025-ci ilin 6 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) keçirilən “Davamlı İnk
Memorandumu AzTU-nun rektoru prof. Vilayət Vəliyev və MDU-nun rektoru Anar Eminov imzalayıb.
Yeni əməkdaşlıq elektroenergetika üzrə müasir tədqiqatların genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, bərpa olunan enerji və Smart Grid kimi istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi, həmçinin magistr və doktorantların tədqiqat proseslərinə cəlb olunmasını nəzərdə tutur.
Memorandum MDU-nun Mingəçevirin energetika infrastrukturu ilə, AzTU-nun isə Bakı və digər sənaye bölgələrinin potensialı ilə Klasterin fəaliyyətinə dəstək verməsini təmin edəcək.
Tərəflər həmçinin Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl Enerji Zonası” üzrə layihələrdə birgə iştirak etməyi planlaşdırır.
Qeyd edək ki, sənəd hər iki universitet arasında elmi əməkdaşlığın, innovasiya fəaliyyətinin və enerji sahəsində tətbiqi tədqiqatların daha da gücləndirilməsinə xidmət edir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.