Mebel fabrikində yanğın: 3 nəfər ölüb

30.11.2024

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Kayseri şəhərində mebel fabrikində baş vermiş yanğında üç nəfər ölüb.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin “İhlas” xəbər agentliyi məlumat yayıb.

Fabrik yaşayış massivlərindən uzaqda, birləşmiş sənaye zonasının ərazisində yerləşir. Yanğının səbəbləri hələ müəyyən edilməyib.

Yanğınsöndürənlər hadisə yerinə operativ şəkildə gəlib və hazırda davam edən yanğının söndürülməsinə başlayıblar. Yaxınlıqdakı binalardan orada olan bütün şəxslər təxliyə edilib.

Yüngül metal konstruksiyalardan istifadə edilərək tikilmiş fabrik binası yanğın nəticəsində, demək olar, tamamilə dağılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью