Icma.az bildirir, Marja.az portalına istinadən.
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana 80,1 milyon dollar dəyərində mebel və onun hissələri idxal edilib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2025-ci ilin eyni dövründə mebel idxalının dəyəri 99,7 milyon dollar olmuşdu. Beləliklə, idxal 19,6 milyon dollar və ya 19,7% azalıb.
Mebel idxalındakı azalma ümumi idxalın azalmasına yaxın templə baş verib. Buna görə mebelin ümumi idxaldakı xüsusi çəkisi ciddi dəyişməyərək 0,66%-dən 0,70%-ə yüksəlib.