Mebel mağazalarında özbaşınalıq Müştərilərə qəbz verilmir

07.06.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Baku TV artıq neçənci dəfədir ki, ticarət obyektlərində istehlakçıya qəbzin verilmədiyi faktını işıqlandırır.

Bu sıraya mebel mağazaları da əlavə olunub. Kanalın qaynar xəttinə daxil olan şikayət əsasında gedilən məkanların birində mağazada internetin olmadığını, qəbzin şəklini çəkib göndərəcəklərini deyiblər. Digərində isə çəkilişə əngəl olmağa cəhd ediblər.

Sakinlər də qəbz almaqda problemlə qarşılaşdıqlarını deyirlər.

"Bu yaxınlarda mebel almışam, amma qəbz verilməyib", - deyə vətəndaş narazılığını bildirib.

Ətraflı süjetdə:

Mebel mağazalarında özbaşınalıq - Müştərilərə qəbz verilmir

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью