Mebel müəssisəsində partlayış olub, iki nəfər ölüb

17.01.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ərzurumun Yakutiye rayonunun sənaye sahəsində yerləşən mebeli istehsalı ilə məşğul olan müəssisədə partlayış baş verib, iki nəfər ölüb.

Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, əraziyə çox sayda polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

Xilasetmə qrupları hadisə zamanı içəridə qalan 8 nəfəri xilas edərək xəstəxanaya çatdırıb. Onlardan ikisi həyatını itirib.

Partlayışın hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxunub 8

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью