Məcburam dərdimi sizinlə bölüşüm

16.10.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Əkiz bacılar Sevil və Sevinc son günlər görünüşlərindən narazı olduqlarını bildiriblər.

Axşam.az xəbər verir ki, bacılardan biri sosial şəbəkədə bu barədə paylaşım edib.

“Bu nədir belə? Bu qızın beli 63 santimetr ola-ola bu görüntü necə alınır? Artıq heç nə başa düşmürəm. Məcburam dərdimi sizinlə bölüşüm, başqa çarəm yoxdur. 1,5 metr boy, 51 kiloqram çəki ilə insan niyə bu boyda görünsün?

Dünəndən minlərlə xanım və bəy o qədər gözəl sözlər yazıb ki... Hər birinizə dəstəyiniz və təsəlliniz üçün təşəkkür edirəm. Məsləhət gördüyünüz həkimlərin hamısını qeyd etdim. Bakıya qayıdanda müayinədən keçəcəyəm” deyə, o, bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью