Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 13 may, AZƏRTAC
Cari ilin yanvar-aprel ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 123,7 milyon manat və ya 5,9 faiz artım qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,3 milyon manat və ya 7,4 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 127,3 milyon manat və ya 9,4 faiz artımla olub.