Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 15 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyul ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 280,8 milyon manat və ya 8,2 faiz artım qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 126,9 milyon manat və ya 11,2 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 300,5 milyon manat və ya 14 faiz artımla olub.