Məcburi hərbi xidmətə etiraz: Siyasi qüvvələr...

20.04.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

İraq Parlamenti məcburi hərbi xidmətlə bağlı qanun layihəsini ilk oxunuşdan qəbul edib.

"Cebheinfo.az" xəbər verir ki, gündəliyə daxil edilən layihənin ilkin müzakirəsi başa çatdırılıb. 

Lakin parlamentdə təmsil olunan Kurdistan Democratik Partiyası və Qanunun Aliliyi Koalisiyası fraksiyaları qanun layihəsini dəstəkləmədiklərini açıqlayıblar.

Zirek Zebari yerli mediaya verdiyi açıqlamada bildirib ki, layihə qəbul olunacağı təqdirdə bu qanun İraq Kurdistan Region ərazisində tətbiq edilməyəcək.

Şiə Qanunun Aliliyi Koalisiyası və Şiə Hüquq Qrupu da qanun layihəsinə qarşı olduqlarını açıqladılar. 

Layihəyə əsasən, 18–35 yaş arası kişilər məcburi hərbi xidmətə cəlb olunacaq. Xidmət müddəti isə təhsil səviyyəsindən asılı olaraq dəyişəcək.

Hərbi xidmətə çağırılan şəxslərə veriləcək maaş könüllü hərbçilərlə müqayisədə daha aşağı olacaq.

Yerli mediada yayılan məlumatlara görə, qanun layihəsində möhlət, azadolma və bəzi hallarda ödəniş əsasında xidmətdən yayınma imkanları da nəzərdə tutulur.

İraqda məcburi hərbi xidmət məsələsi daha əvvəl də gündəmə gətirilmiş və geniş müzakirələrə səbəb olmuşdu.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью