Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib | Icma.az
Icma.az, Moderator.az portalına istinadən məlumat verir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I
Moderator.az xəbər verir ki, təlimlərə işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürüləcək keçmiş məcburi köçkünlər cəlb olunublar.
Belə ki, Böyük Qayıdış prosesində dogma yurda geri dönən əhalinin rahat və təhlükəsiz yaşayış şəraiti ilə yanaşı iş yerləri ilə təmin edilməsi də ön plandadır.
Prezident İlham Əliyev uzun müddət məcburi köçkün vəziyyətində olan vətəndaşların maddi rifahının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayıb.
Dövlətimizin başçısının tapşırığı ilə işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələrdə onlar üçün iş yerləri yaradılır, məşğulluq və sahibkarlıq təşəbbüsləri dəstəklənir.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərin sosial məsələlərlə bağlı müraciətlərinə həssaslıq göstərir, müsbət həlli üçün tapşırıqlar verir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin Böyük Qayıdışa hazırlanması prosesində məşğulluq məsələlərinin həlli istiqamətində məqsədyönlü iş aparır.
Məcburi köçkün icmalarında bilik və bacarıqların artırılması, gəlir gətirən fəaliyyətlərin dəstəklənməsi, peşə hazırlığı və sahibkarlıq təlimləri, mikrobizneslərin yaradılması kimi tədbirlər həyata keçirilir.
Tam oxu
Xəbəri oxu