“Məcburi köçkünlərə büdcə hesabına təqaüd verilsin” Millət vəkili

28.02.2025

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan keçmiş məcburi köçkünlərin sayı 10 mindən çoxdur". 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib. 


V.Bayramovun sözlərinə görə, 2025-ci ilin sonunadək işğaldan azad olunan ərazilərimizdə daimi məskunlaşanların sayı 10 min 270 ailəyə çatacaq: "Bu o deməkdir, bu ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 40 mindən çox keçmiş məcburi köçkün məskunlaşacaq. Gələn ilin sonuna qədər isə azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşması gözlənilir. Peşə təhsilinə keçmiş məcburi köçkünlərin məskunlaşmamışdan öncə daha fəal cəlb edilməsini və onlara büdcə hesabına təqaüdün verilməsini təklif edirəm". 


Firuzə Əliyeva
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью