Məcburi köçkünlərə dəfn üçün Qarabağda şərait yaradılsın Razi Nurullayev

30.05.2025

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağdan köçkün düşənlərə yaxınlarını öz dədə-baba yurdlarında dəfn etmək üçün şərait yaradılsın". 
 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib. 

Millət vəkili qeyd edib ki, insan öz yaxınını dünyaya göz açdığı, ruhən bağlı olduğu torpaqlarda dəfn etmirsə, həmin torpaq onun üçün mənəvi bağını itirmiş olur:


"Qarabağa tam köç illərlə vaxt alacaq. Buna görə də tikilən və tikilməsinə başlanılmayan bütün yaşayış yerlərində birinci növbədə qəbiristanlıqların bərpa olunmasını təklif edirəm. Bu fəaliyyətin elə günü sabahdan həyata keçirilməsi Qarabağa qayıdışın mənəvi bağlarını daha da gücləndirəcək, dövlət siyasətini həyata keçirməyə ciddi töhvə vermiş olacaq". 
 

Firuzə Əliyeva
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью