Məcburi köçkünlərin evlərinin təmirinə 458 min manat xərclənəcək

02.03.2026

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri təmir olunacaq.

Milli.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti hazırlıqlara başlayıb.

Belə ki, qurum təmir işləri ilə bağlı şirkət axtarışına çıxıb.

Təmir işlərinin həyata keçirilməsinə sərf ediləcək məbləğin 457.999,82 min manat olacağı proqnozlaşdırılıb.

Ayxan
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью