Məcburi Köçkünlərin qayıdışı ilə bağlı 2 milyonluq layihə

09.02.2025

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yeni salınmış yaşayış məntəqələrinə geri qayıdış üçün məlumatlandırma işləri aparacaq.

News24.az xəbər verir ki, Fond bununla bağlı tender elan edib.

Tender Məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılmasını əhatə edəcək.

Satınalma müsabiqəsi martın 11-nə qədər bitəcək. 

Satınalma predmetinin ehtimal olunan qiyməti 2 milyon 252 min 626 manatdır. /valyuta.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью