Məclisdə Ramalı görəndə oxumaq istəmirəm

21.07.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ramalın bəstələri başqadır. Hələ oxumağı... Ramal oxuyandan sonra mən ifa etmək istəmirəm. Ramal olan məclisdə çalışıram tez oxuyum, bitirim. Çünki ondan sonra oxumaq istəmirəm".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Qonaqcanlı" proqramında deyib. Müğənni verilişdə qonaq olan Ramal İsrafilovdan danışaraq, onun ünvanına təriflər yağdırıb.

R.İsrafilov isə proqramda yeni konsertə hazırlaşdığını açıqlayıb. Müğənni bildirib ki, konsertin hazırlıq işlərinə artıq başlanılıb. Sənətçinin sözlərinə görə, solo konsertinin 2027-ci ildə keçirilməsi planlaşdırılır.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью