Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Füzuli rayonunda vəfat edən mərhumların yas mərasimlərinə daxil olan cümə axşamlarının ləğv edilməsi cəmiyyətdə böyük müzakirəyə yol açıb.
Məsələyə aydınlıq gətirən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Bəxtiyar Nəcəfov İslamda ilk gündən 3 gün yas saxlanıldığını bildirib: "Cümə axşamları, 40 kimi mərasimləri zamanla bağlı formalaşdırmışıq.
Nə zamansa bəlkə də cümə axşamlarına ehtiyac olub. Çünki biz 70 il sovetlər dövlətinin tərkibində yaşamışıq.
Allahdan, Qurandan bizi kənarda saxlayıblar, öz dinimizlə maraqlanmağa qoymayıblar.
Cümə axşamları dindarlığın saxlanılması, dinimizin təbliği üçün vasitə olub.
Onun üçün də artıq cümə axşamları mərasimləri ixtisara salınsa, daha yaxşı olar.
Bu gün onun tərəfdarıyıq ki, bəzi israfdankənar məclislərimizin İslama uyğun keçirilməsi, islami qaydalara uyğun təşkil olunması vacibdir.