Məcnun Məmmədov Ağcabədidə vətəndaşları qəbul edəcək

09.12.2024

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov dekabrın 13-də saat 09:00-da Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzində Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Sfera.az nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinə (051-366-44-58) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Məlumata görə, qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью