Məcnun Məmmədov Xaçmazda vətəndaşları qəbul edəcək

25.11.2024

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov noyabrın 29-da saat 09:00-da Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xaçmaz və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə (099-355-76-35/050-304-06-08) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью