Medal sayına görə 3 cü olduq

11.10.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının fərdi yarışlarına yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan millisi medal sıralamasında üçüncü yeri tutub. Cüdoçularımız bir qızıl, iki gümüş və dörd bürünc medal əldə ediblər.

Yeddi qızıl, iki gümüş və üç bürünc medal qazanan Yaponiya birinci olub. İki qızıl, bir gümüş və bir bürünc medalla Gürcüstan ikinci pillədə qərarlaşıb.

İlk beşliyi İspaniya və Birləşmiş Ərəb Əmirlikləri tamamlayıb. İspaniya bir qızıl, iki gümüş və bir bürünc, BƏƏ isə bir qızıl və bir gümüş medal qazanıb.,

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью