Medcezir ə ev sahibliyi edən ikonik villa milyonlarla manata SATIŞDA

23.05.2025

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin yaddaşlarda iz buraxan serialı "Medcezir"ə  ev sahibliyi edən ikonik villa özünə yeni sahib axtarır.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, villanın satış qiyməti 340 milyon lirədir (14800000 AZN).

Serenay Sarıkaya və Çağatay Ulusoyun baş rollarını paylaşdığı və 2013-2015-ci illər arasında ekranlaşdırılan "Medcezir" serialının çəkildiyi dəbdəbəli malikanə serialın ən romantik səhnələrinə ev sahibliyi edib və Tuzlada yerləşir. 

"Medcezir" serialının pərəstişkarlarının unuda bilmədiyi səhnələrə ev sahibliyi edən malikanə Serenay Sarıkayanın canlandırdığı Mira ilə Çağatay Ulusoyun canlandırdığı Yamanın görüşmə nöqtəsi olub.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью