Mədə xorasının müalicəsi üçün effektiv hidrojel hazırlanıb | Icma.az
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır. Bakı, 5 sentyabr, AZƏRTAC Çin və Avropanın materialşünasları mədə turşusunun təsiri
Alimlər “Cell Reports Physical Science” elmi jurnalında dərc olunan məqalədə yazırlar ki, bu inkişaf dərmanların çatdırılması və mədə xorası
Maddə endoskoplar vasitəsilə xəstənin bədəninə minimal invaziv yolla çatdırıla bilər.
Siçovullar və donuzlar üzərində aparılan təcrübələr göstərib ki, hidrojel təkcə toxumaların səthinə yaxşı yapışmır, həm də onların fəaliyyətini sürətləndirir.Alimlər qeyd etdiyi kimi, həzm sisteminin bir çox xəstəliklərinin, o cümlədən qastrit-reflüks və mədə xorasının inkişafı qida borusunun, mədə və bağırsaqların selikli qişalarının və divarlarının zədələnməsi ilə müşayiət olunur ki, bu da xroniki iltihabın, xoraların yayılmasına gətirib çıxarır, xəstədə böyük narahatlıq yaradır.
Bu zədələr uzun müddət davam edə, habelə mədə turşusu və həzm şirələrinin təsiri altında daha da pisləşə bilər.
Problemi həll etmək üçün Çin və Avropa materialşünasları bu cür zədələri, eləcə də əməliyyatdan sonrakı yaraları həzm şirələrinin aqressiv komponentləri ilə təmasdan qoruya bilən yeni hidrojel materialı hazırlayıblar.
Alimlər buna üç maddənin - ELR-IK24 zülalı, tannik turşusu və diizosiyanat sinfindən üzvi molekul olan HDI-nin birləşməsindən istifadə etməklə nail olublar.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu