Mədəaltı vəzinin orqanizmdə rolu | Icma.az
Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir. İnsanların əksəriyyəti bilir ki, mədəaltı vəzi insulin ifraz edir.
Lakin bu mədəaltı vəzinin yeganə funksiyası deyil. Hər şey daha mürəkkəbdir. Mədəaltı vəzi çox mürəkkəb quruluşa malikdir.
Mədəaltı vəzi mədənin arxasında yerləşir. Onun ölçüsü orta hesabla 17 sm-dir, çəkisi isə təxminən 80 qr-dır.
Mədəaltı vəzi orqanizmdə 2 növ müxtəlif funksiyaları yerinə yetirir: 1.
Mədəaltı vəzi xüsusi fermentlər (enzimlər) ifraz edir ki, bu fermentlər həzm sistemində zülalları, yağları və karbohidratları parçalamağa kömək edir.
Amilaza fermenti karbohidratların, lipaza - yağların, tripsin - zülalların parçalanmasında iştirak edir.
Bu maddələr insan orqanizminə qida ilə mürəkkəb formalarda düşür və bu formalarda orqanizm tərəfindən mənimsənilə bilmir.
Lakin fermentlər onları daha sadə elementlərə parçalayır ki, bu elementlər orqanizm tərəfində asan mənimsənilir.
Tam oxu
Xəbəri oxu